SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin tanınmış komediya ustası Cem Yılmazın məşhur "Ne vereyim abime?” zarafatını pizza markasına çevirmək istəyirlər.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada bir şirkət komediya ustasının həmin cümləsini patentləşdirmək üçün Türkiyə Patentləştirmı İnstitununa (TPE) müraciət edib.

Şirkət sahibləri Faruk Gürtaş və Niyazi Pak həmin ifadəni brendə çevirərək pizza markası yaratmaq istəyirlər. Onlar bildiriblər ki, 2006-cı ildən etibarən hazırladıqları pizzalara yerli ad qoyaraq xarici brendlərə rəqib olmaq istəyirlər.
 
Hazırda patent müraciətinin cavabı gözlənilir.
 
Aytən.H
BAKU.WS