"Bülbüllər"dən Aybəniz Haşımovaya AD GÜNÜ SÜRPRİZİ - VİDEO

Bu gün Əməkdar artist Aybəniz Haşımovanın 54 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, sənətçini yeni yaşında tələbələri tək qoymayıblar. Keçmiş "Bülbüllər" qrupunun üzvləri tortla Əməkdar artistin evinə gələrək ona ad günü sürprizi ediblər.
Bu barədə sənətçinin qızı Aynişan Quliyeva məlumat verib.
Xatırladaq ki, Aybəniz Haşımova 1968-ci ilin bu günü Gəncə şəhərində dünyaya göz açıb. 1979-cu ildən indiyə qədər müğənni kimi fəaliyyət göstərir.
Ötən illər ərzində sənətçi bəzi ekran işlərində də rol alarфq özünü aktrisa kimi də sınayıb. O, "Şerəli və Aybərçin", "Məriz" kimi filmlərdə çəkilib.
Aybəniz Haşımovanın həyat yoldaşı "Vətən uğrunda" medalı laureatı Xalid Quliyev Qarabağ uğrunda döyüşlərində şəhid olub.
İfaçının Aynişan adlı yeganə qız övladı var. Aynişan Quliyeva blogerliklə məşğuldur. Əməkdar artist eyni zamanda müğənni Şahnaz Haşımovanın bacısıdır.

Oxşar xəbərlər
Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - FOTO - SİYAHI
Yerli şou-biznes nümayəndələrinin özləri qədər övladları da hər kəsə maraqlıdır. Onların arasında məşhur olanları da var. Tanınmışların övladları müxtəlif sənət...