SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı müğənni Asif Məhərrəmov İran pop musiqisinin "imperatoru” adlandırılan Morteza Paşayenin mahnısını mənimsəməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

BAKU.WS-ə açıqlama verən ifaçı adıçəkilən müğənninin mahnısını oxuyub, ona istinad etməməsini belə əlaqələndirib.

"Mən Morteza Paşayenin "Jadeye Yektarafe” adlı mahnısını oxumuşam. Mahnıya sözləri Xəzər Süleymanlı yazıb. Mən mahnını ifa etdikdən sonra "İnstagram” bloqumda müəllifi ilə bağlı açıqlama yaydım. Daha sonra mətbuata müsahibəmdə mahnınının müəllifinin kimliyini bildirdim. Sadəcə olaraq, mahnının audiosu YouTube kanalına başqa bir adam tərərfindən yerləşdiriləndə, Morteza Paşayenin adını qeyd etməyib. Bu problemi aradan qaldıracağıq”.

Xatırladaq ki, Asif Məhərrəmovdur Morteza Paşayenin 2013-cü ildə ifa etdiyi "Jadeye Yektarafe” ("Sonsuzluğa gedən yol”) adlı mahnısını "Gecə-gecə” adı ilə oxuyub.

 
Aysel
BAKU.WS