SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar incəsənət xadimi Ayaz Salayev "Onun sirri" verilişinə qonaq olub. 

BAKU.WS xəbər verir ki, o rejissoru olduğu Yarasa filmini ərsəyə gətirərkən yaşadığı çətinliklərdən danışıb. Salayev ekran işi çəkildikdən sonra filmin lentinin oğurlanıb Moskvaya aparılmasından danışıb. Rejissor o lenti əldə edə bilmək üçün evini iranlılara kirayə verdiyini deyib:

"Biz o filmi dəhşətli çətinliklə çəkdik. Həmin dövrdə ölkəmizdə kino istehsalı sıfır dərəcəsində idi. Azərbaycan kinostudiyasında direktor yox idi. Biri getdi, yenisi gəlməmişdi hələ. Nəqliyyat belə yox idi, qışda yollar buz bağlamışdı. Sankt-Peterburqda “Lennfilm” kinostudiyasının laboratoriyasında film aşkar edilirdi. O zaman letnlər itdi.

Filmin prodüseri Saday Əhmədov idi. Mən o film üçün pul axtarırdım, artıq yuxularımda da görürdüm, böyük stress keçirirdim, Saday müəllim vəsait ayırdı, filmi əziyyətlə çəkdik. Lakin lentlər itdi. Bunu Saday Əhmədova demədik. Mən evimi iranlılara kirayə verib, həmin pulla gedib lentləri tapdım".

BAKU.WS
VİDEO