SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Vüsalə Kərimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında bir zamanlar çalışdığı "ATV" kanalındakı həmkarları ilə görünütlərini paylaşıb.

Vüsalə məşhur aparıcılarla çəkilən fotolarına bu sözləri əlavə edib:

"2002-ci ildən ATV-nin "Son Xəbər" informasiya proqramından tanıdığım ən dəyərlilərim, dostlarım, peşəkarlarım. Sizi çox sevirəm. Doğmalarımsınız. Hər biriniz ayrı-ayrılıqda televiziya təməli olacaq qədər peşəkarsınız. Bu gün hər birimiz  başqa yerlərdə çalışsaq da, illər sonra bu gün bir araya gəldiyimiz kimi, bir qalxarsaq ölkənin xəbər prioritetini dəyişəcək gücdəyik. Yaxşı ki, varımsınız".

Tanınmış aparıcılar arasında Vüsalə Kərimova ilə yanaşı, Samirə Mustafayeva, Sənan Şəfizadə, Ceyhun Səfər, Günel Bəhramqızı, Günay Yelmarqızı və digərləri olublar.

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA