"ATV"nin məşhur aparıcıları 20 il sonra bir arada - FOTO

Aparıcı Vüsalə Kərimova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında bir zamanlar çalışdığı "ATV" kanalındakı həmkarları ilə görünütlərini paylaşıb.
Vüsalə məşhur aparıcılarla çəkilən fotolarına bu sözləri əlavə edib:
"2002-ci ildən ATV-nin "Son Xəbər" informasiya proqramından tanıdığım ən dəyərlilərim, dostlarım, peşəkarlarım. Sizi çox sevirəm. Doğmalarımsınız. Hər biriniz ayrı-ayrılıqda televiziya təməli olacaq qədər peşəkarsınız. Bu gün hər birimiz başqa yerlərdə çalışsaq da, illər sonra bu gün bir araya gəldiyimiz kimi, bir qalxarsaq ölkənin xəbər prioritetini dəyişəcək gücdəyik. Yaxşı ki, varımsınız".
Tanınmış aparıcılar arasında Vüsalə Kərimova ilə yanaşı, Samirə Mustafayeva, Sənan Şəfizadə, Ceyhun Səfər, Günel Bəhramqızı, Günay Yelmarqızı və digərləri olublar.
Qalereya
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...