Ruhi Əliyeva dəbdəbəli malikanəsində əkizlərinə ad günü keçirdi - VİDEO

Ötən gün iş qadını Ruhi Əliyevanın övladlarının 10 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, o, yaxın dost və tanışlarını bir araya toplayaraq əkiz övladları Muhammed və Hasanın yeni yaşını qeyd edib.
Ad günü məclisi Ruhinin Türkiyənin Bodrum şəhərində yerləşən dəbdəbəli malikanəsində baş tutub.
Ruhi təmtəraqlı məclisdən lentə alınan foto və videoları şəxsi instaqram hesabında yayımlayıb. O, övladlarına xoş sözlərini bildirərək onları təbrik edib:
"Bu gün mənim ən böyük minnətdarlığım, sonsuz şükürlərim Allahadır ki, sizi mənim həyatıma pay verdi. Mənə səbri, daha gözəl sevməyi, daha mərhəmətli olmağı öyrətdiyinizə görə, həyatıma gəlib də rəng qatdığınıza görə rəbbimə hər zaman minnətdar olacam…
Mənə bu dünyada cənnəti yaşadan Muhammedim və Hasanım, 10 yaşınız mübarək. Gülüşünüz ən böyük sərvətimdir. Siz və sizin timsalınızda bütün balalar hər zaman xoşbəxt olsun. Yaxşı ki, varımsınız, can parçalarım!"
Əliyeva əkizlərinin görüntülərini paylaşsa da, ənənəsinə sadiq olaraq onların üzünü gizlədib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
