SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi bir müddət əvvəl xərçəngdən əməliyyat olunan bacısı Şəhla Haşımovanın yeni görüntülərini yayımlayıb.

Haşımova onun artıq sağaldığını və onkoloji xəstəliyə qalib gəldiyini bildirib: 

"Sizinlə bu gözəl xəbəri bölüşmək istəyirəm. Bacım Şəhlada bir neçə ay əvvəl onkoloji xəstəlik aşkarlandı. Hər birimiz çox çətin dövrdən keçdik. Lakin düzgün aparılan müalicələrdən sonra bu gün aldığımız nəticələrə əsasən, bacım onkoloji xəstəlikdən 100 faiz xilas oldu".

Qeyd edək ki, ifaçının bacısı Şəhla Haşımova bu ilin martında Milli Onkologiya Mərkəzinə yerləşdirilərək orada əməliyyat olunub. Daha sonra ona çoxsaylı müalicələr olunub. 

Ətraflı videoda:

BAKU.WS
VİDEO