SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin ən populyar teleserialı sayılan "Kurtlar Vadisi" ilə bağlı sensasiyalı iddialar səslənir.

Milli.Az AHT-yə istinadən bildirir ki, teleserialı çəkən "Pana Film" studiyası iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı "Kurtlar Vadisi Darbe" seriyasını çəkmək niyyətini açıqlayıb.

"İyulun 15-dəkit çevriliş cəhdinin serial və ya film kimi ekranlarda nümayiş etdirməyimizi arzulayan tamaşaçıların istəklərini dəyərləndirən şirkətimiz "Kurtlar Vadisi Darbe" filmini çəkməyə qərar verib", - studiyanın açıqlamasında bildirilir.

Amma maraqlı olan budur ki, "Kurtlar Vadisi Darbe" filminin çəkiləcəyi barədə studiya indi açıqlama versə də, filmin internetdə "kurtlarvadisidarbe.com" və "kurtlarvadisidarbe.net" saytları üçün domen ünvanları hələ mayın 8-də rəsmi qeydiyyatdan keçirilib, satın alınıb.
 
BAKU.WS