SİZİN REKLAM BURADA!
055 213 76 73



Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov xəstəxanalıq olub.

BAKU.WS axşam.az-a istinadla xəbər verir ki, Orxanın ayağı əzilib. 

Əsa ilə gəzən O.Nadirov hazırda yaxşı olduğunu deyib:
"Pilləkəndən düşəndə tələsdim və yıxıldım, ayağım əzildi. Gipsə salınıb. Hazırda əsa ilə gəzirəm. Hər kəsin başına gələ biləcək hadisədir, indi yaxşıyam".
İ.Quliyevanın mirası ilə bağlı məhkəmə prosesi davam edən O.Nadirov məsələ ilə bağlı suallara "Söz vermişəm, bu haqda heç nə danışmayacam. Hər şey bəlli olandan sonra son sözümü deyəcəyəm" cavabını verib.
 
BAKU.WS