SİZİN REKLAM BURADA!
055 213 76 73



"Mən azərbaycanlıyam və öz vətənimlə fəxr edirəm. Hər dəfə Bakıya sevərək gəlirəm. Övladlarım doğma dildə danışırlar, Azərbaycan məktəbində təhsil alırlar”.

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Emin "1news.az”a müsahibəsində deyib. 

O bildirib ki, Bakı haqqında mahnı oxumaqdan zövq alır:
"Hər dəqiqə dahi Müslüm Maqomayevi xatırlayıram. Öz adətlərimizi ən rəngarəng formada təbliğ etməyə çalışıram. Bakıda 3 il yaşamağıma baxmayaraq, özümü əsl azərbaycanlı kimi hiss edirəm. Bu hissləri içimdə heç zaman öldürə bilmərəm. Rusiyanı sevirəm, amma bu içimdəki Azərbaycan sevgisini üstələyə bilməz”.
 
BAKU.WS