13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Daim bütün diqqətləri üzərinə toplayan sənət aləmindəki məşhurlar bəzən də zaman-zaman qalmaqallı geyimləri ilə gündəmə gəliblər. Bəziləri həddən açıq-saçıq libası ilə, bəziləri isə tədbirlər zamanı onlara problem yaşadan geyimləri ilə...

BAKU.WS məşhurların sözügedən qalmaqallı geyimlərini oxuculara təqdim edir:

Xalq artisti Aygün Kazımova 45 illik yubileyində geyindiyi qırmızı libası uzun müddət müzakirələrə səbəb olmuşdu. Kazımovanın qısa və transparan geyimi ölkə mətbuatının gündəmini zəbt etmişdi. Yerli mediada "45 yaşlı xalq artistinin yarıçılpaq ad günü" adlı xəbərlər dərc edilmişdi.

Xalq artisti Röya Ayxan da bir çox qalmaqallı libasları ilə yadda qalıb. Sənətçinin sonuncu dəfə geyindiyi qara dərin sinə dekolteli geyimi də müzakirələrdən yan keçmədi. Libas türkiyəli modelyer Gülşah Saraçoğlu tərəfindən hazırlanıb. Həmin geyimi sosial şəbəkədə paylaşan sənətçiyə sosial şəbəkə istifadəçiləri "Azərbaycan buna hazır deyil", "Neylədin Röya xanım, partlayış, super", "Şəklini görən kimi ağzım qəribə hal aldı", "Bu geyim çox səs-küy salacaq, çünki möhtəşəmdir" kimi sözlər yazıblar. 

İllər əvvəl Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova ilə aparıcı Günel Hümbətovanın eyni libası seçməsi də uzun müddət müzakirələr yaratmışdı. Onların hər ikisi də qırmızı rəngli qış libasından, hətta eyni rəngli və quruluşlu sırğadan istifadə etmişdilər. 

Ötən gün “Həmin Zaur” verilişinə qonaq olan müğənni Kəmalə Qaramollayevanın geyimi qalmaqal yaratdı. Dərin sinə dekolteli qara korset geyinən Kəmalənin paltarı medianın müzakirə obyektinə çevrildi. Sənətçi sözügedən libası paytaxtda yerləşən butiklərdən birindən seçib. Geyimin qiyməti də açıqlanıb. Qaramollayeva onu 294 dollara (təxminən 500 AZN) alıb.

Qalmaqallı libas geyinən məşhurlar arasında aktrisa Pərvin Abıyeva da var. "Xənnas" adlı filmin qala gecəsinə qatılan Abıyevanın tünd yaşıl rəngli uzun libasının arxa hisəssi cırılıb. Həmin vaxt aktrisanın başına gələn problem yerli mətbuat orqanları tərəfindən anbaan görüntülənib. 

Bir neçə il əvvəl Türkiyədə "Hayat Güzeldir" verilişinə dəvət olunan müğənni Şəbnəm Tovuzlunun libası da uzun müddət müzakirələrə səbəb olub. Həddindən artq çəki alan müğənninin şalvarı və uzunboğaz koftası onun xarici görünüşünü daha da korlayaraq pis günə salıb. 

Bir zamanlar Xalq artisti Tünzalə Ağayevanın açıq-saçıq geyimləri də qalmaqala səbəb oldu. Sosial şəbəkə istifadəçilərinin kütləvi narazılığından sonra sənətçinin prodüseri Yalçın Cabbarov açıqlama verərək sənətçinin yerli modelyerlə yaxın əlaqəsi olduğu üçün belə geyimlərdən istifadə etdiyini deyib. 

Müğənni Sevda Yahyayevanın kliplərindən birində istifadə etdiyi geyim də qalmaqala səbəb olmuşdu. Belə ki, sənətçinin sarı rəngli böyük geyiminin müğənni Cennifer Lopezin “Ni Tu Ni Yo” klipindəki libasının bənzəri olduğu iddia edilmişdi. Sevda libasın onunkuna bənzəmədiyini desə də, daha sonra bunu etiraf etmişdi.

Açıq-saçıq geyimi ilə gündəm olan sənətçilərdən biri də Səmra Rəhimlidir. O, qatıldığı məclislərdən birində qara bodinin üzərindən qısa tül geyinib. İfaçı bununla da alt paltarında məclisə gəlmiş effekti yaradıb. Sosial şəbəkədə paylaşılan şəkillər xeyli tənqid edilmişdi.

Hərdən qalmaqallı açıqlamaları ilə gündəmə gələn aktrisa Ülfət Bəşirova da həmkarı Pərvin Abıyeva kimi geyimi ilə problem yaşayıb. Belə ki, "Stalinin başı" filminin nümayişinə qatılan aktrisanın uzun libasının yarığı ona çətin anlar yaşadaraq açılmışdı.

"Avroviziya -2011" qaliblərimizdən olan Nigar Camal “Jara” festivalındakı açıq-saçıq geyimi ilə gündəm olmuşdu. Rusiyalı müğənni Dima Bilanla duet ifa edən cazibədar görünüşlü sənətçi qısa və dərin sinə dekolteli libası ilə səs-küy yaratmışdı. 

Zöhrə Pənahi
BAKU.WS