Nadir "Avroviziya 2022"də 16-cı yeri tutdu - VİDEO

Nadir Avroviziya 2022də 16-cı yeri tutdu - VİDEO
Video
Şou-biznes 132

İtaliyanın Turin şəhərində 66-cı Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsi baş tutub.

BAKU.WS xəbər verir ki, yarışmada iki yarımfinal mərhələsindən finala keçən 10 ölkə təmsilçisi çıxış edib. 5 ölkə iştirakçısı birbaşa yarışda iştirak etmək hüququ qazanıb.

Bunlar müsabiqənin təşkilatçı ölkələri Böyük Britaniya, Fransa, Almaniya və İspaniya, eləcə də musiqi yarışmasının ötənilki qalibi İtaliya təmsilçiləridir.

Ölkəmizi yarışmada təmsil edən Nadir Rüstəmli "Fade to black" mahnısı ilə 15-ci olaraq çıxış edib.

O, 106 xal qazanaraq 16-cı sırada qərarlaşıb.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriliən 66-cı Avroviziya Mahnı Müsabiqəsində birinci yerə Ukrayna layiq görülüb. "Kaluş" qrupu "Stefania" adlı mahnını səsləndirərək 631 xalla ilk yerin sahibi olub.

Son xəbərlər