Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO

"ARB" telekanalında yayımlanan "Səni axtarıram" verilişinin ötən günkü buraxılışında gərgin anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, ekspertlər arasında övladından imtina etmək istəyən Sevdanın başına gələnləri müzakirə gedib. Bu zaman jurnalist Zülfiyə Qurbanova və aparıcı Xoşqədəm Hidayətqızı nə olursa olsun, daim qadınların hüquqlarının müdafiə edilməsinin zəruriliyini vurğulayıblar.
Ekspert qismində iştirak edən Əməkdar artist Nüşabə Ələsgərli onların bu sözünə qəzəblənib. O, "Bura Azərbaycandır, Fransa deyil!" sözlərini söyləyərək sərt şəkildə etiraz edib.
Qeyd edək ki, Sevda nikahdankənar dünyaya gətirdiyi övladını atası dediyi şəxs və ailəsi qəbul etmir. O, maddi vəziyyəti yaxşı olmadığı üçün övladından imtina etmək istədiyini bidlirib.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
