Tarkan qızına 80 milyonluq yaxta alıb? - FOTO

Türkiyə mətbuatında meqastar Tarkanın azyaşlı qızı Liya üçün bahalı yaxta sifariş etdiyi xəbərləri yayılıb.
BAKU.WS xəbər verir ki, məlumatlarda sənətçinin övladına 80 milyon lirə (9 milyon 272 min AZN) məbləğində yaxta almaq istədiyi bildirilib.
İfaçı bununla bağlı tvitter hesabında açıqlama verib. Tarkan yaxta almadığını bildirib:
"Yaxta almadım. Saçım da taxma deyil. Öz saçlarımdır. Arada rəngləyirəm. Kaz Dağlarında (İda Dağı) da malikanəm yoxdur. Heç vaxt da olmadı".
Qeyd edək ki, sözügedən xəbərlərdə Tarkanın alacağı yaxtaya qızı Liyanın adını verəcəyi də qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
Tarkan iki saatlıq Yeni il şousuna görə 1 milyon avro qazandı - VİDEO
Meqastar Tarkan Yeni ili səhnədə qarşılayıb. BAKU.WS xəbər verir ki, 2021-ci ilin son günü Misirdə sevənləri qarsısına çıxan Tarkan onlara əyləncə dolu anlar y...
