SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Mahsun Kırmızıgülün qardaşı Yusuf Bazencir 5 il müddətinə həbs oluna bilər.

BAKU.WS xəbər verir ki, buna səbəb Yusufun mart ayında 5 illik həyat yoldaşı Seval Bazencirə balta ilə hücum etməsidir.

Seval həyat yoldaşını məhkəməyə verib. Hadisə ilə bağlı aparılan araşdırmalardan sonra məkməyə təqdim olunan dəlil və sübutlar arasında Yusuf Bazencirin Sevala "Sən əlimə keçsən, öldürəcəm" sözləri ilə şantaj etməsi, o cümlədən evin qapısının balta ilə sındıraraq arvadına hücum etməsi kimi faktlar yer alıb. 

Əks tərəfin vəkili bütün bunları etdiyini boynuna alan Yusufun 2 ildən 5 ilə qədər həbsini tələb edib. 

Qeyd edək ki, Yusuf Sevalla 2017-ci ildə təmtəraqlı toy məclisi ilə ailə həyatı qurublar. Uzun müddətdir arvadı ilə münasibətləri pis olan Yusuf Seval Bazencirlə görüşmək istəyib. Lakin Seval bunu qəbul etməyib.

Qəzəblənən Yusuf əlinə balta alaraq arvadının evinə gedib. O, içəri girmək üçün balta ilə qapını sındırıb. Daha sonra 5 illik həyat yoldaşına hücum edərək təhqirlər yağdırıb.

Seval dərhal hüquq-mühafizə orqanlarına xəbər verib. Hadisə yerinə polis əməkdaşları gəlib. Şöbəyə aparılan Yusuf izahatı alındıqdan sonra sərbəst buraxılıb.

BAKU.WS
VİDEO

QALEREYA