SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli gənc popçu Aleyna Tilki geyimi ilə gündəm olub.

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında açıq-saçıq fotolarını paylaşıb.

Onun bu paylaşımı müzakirələrə səbəb olub. Şəkillərin birində Tilkinin əlində südü, əynində isə cırıq şalvarı olub. Aleynanın geyimi sosial şəbəkə istifadəçilərinin tənqidinə tuş gələrək qalmaqal yaradıb.

İzləyicilər gənc popçuya bu cür libası yaraşdırmadıqlarını bildiriblər.

Qeyd edək ki, Aleyna Tilki 2016-cı ildə musiqisevərlərə təqdim etdiyi "Cevapsız Çınlama" sinqlı ilə populyarlıq qazanıb. 

BAKU.WS
QALEREYA