SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyaca məşhur pop ulduz Beyons Amsterdamdakı konsertində ifasına başlamadan öncə qısa nitq söyləyib.

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, o, "bu mahnımı Türkiyədə həyatını itirən hər kəsə həsr edirəm" deyib. ABŞ-lı ulduzun konsertini izləyənlər arasında "Qalatasaray"ın futbolçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabau da olub.

Kabau da bu anları Instagram hesabında "Gecənin ən gözəl anları. Türkiyədə itirilmiş həyatlara həsr edilmiş bir mahnı. Təşəkkürlər, Beyons" şərhi ilə paylaşıb.
 
BAKU.WS