SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Bakıda müğənni Zamiq Hüseynovun möhtəşəm konserti baş tutub.

BAKU.WS xəbər verir ki, sənətçinin "Var ol" adlı solo konserti Heydər Əliyev Sarayında keçirilib. Musiqili proqramdan əvvəl ifaçı yerli mediaya müsahibə verib.

Zamiq konsertin xeyriyyə məqsədli olduğunu, şəhid və qazi ailələrinə həsr edildiyini qeyd edib. İfaçı konsertinə sənət aləmindən çox az sayda dost, tanışını dəvət edib. O, müsahibəsində yaxın zamanlarda bir sıra konsertlər verəcəyini qeyd edib.

Musiqili proqramın əvvəlində ll Qarabağ müharibəsində şəhid olan igidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra səhnəyə çıxan Zamiq musiqisevərlərə bir-birindən maraqlı kompozisiyalarını təqdim edib. O, ilk olaraq “Azərbaycan”  mahnısını səsələndirib. 

Müğənni səhnədə aparıcı Leyla Quliyeva və repçi Elşad Xose ilə duet də oxuyub. Yüksək səviyyədə qurulan səhnə dekorasiyası, müxtəlif musiqi alətlərində ifa edən peşəkar komanda, rəngarəng işıqlandırma sistemi və Zamiqin sevilən hitləri gecəni unudulmaz edərək zaldakı tamaşaçılarda böyük coşğu yaradıb. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan konsertdə tamaşaçı qismində əsasən şəhid və qazi ailələri yer alıb.

Satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək.

BAKU.WS
VİDEO

QALEREYA