SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan istehsallı "Zəhər tuluğu" filminin büdcəsi açıqlanıb. 

BAKU.WS xəbər verir ki, ekran işinin baş rol ifaçısı aktyor Taleh Yüzbəyov (Adil) bu haqda "10-da görüşək" proqramına qonaq olarkən danışıb. O, filmin büdcəsinin 150-200 min AZN aralığında olduğunu bildirib.

Qeyd edək ki, filmin çəkilişlərinə iki il sərf edilib. Ekran işinin baş prodüseri Orxan Mərdandır.

Filmin sujet xəttində iş yoldaşlarını, dostlarını, onu müalicə edən həkimi və tibb bacılarını acılamağa, incitməyə davam edən və “zəhər tuluğu” olan Adilin (Taleh Yüzbəyov) həyat hekayəsindən bəhs edilir. Bıçaqlandıqdan sonra sağ qalan Adil, müalicə olunduqdan sonra öz monoton həyatına geri dönməyə hazırlaşır.

O, xəstəxanadan çıxan zaman inanılmaz bir sınaqla qarşılaşır. Qəflətən onun dostu Şakirin maşınına tanımadıqları Rəna adlı hamilə qadın əyləşir. Rəna, dünyaya gətirəcəyi qız övladını ərindən, onun ailəsindən, abortdan qorumaq istəyir. Adil bu işə mane olmağa çalışsa da, getdikcə bütün şərtlər onu dünyaya gələcək körpənin xilaskarına çevirir.

Filmin musiqisi bəstəkar Tərlan Məmmmədhüseynova aiddir. 

Dram janrlı ekran işində Orxan Mərdan, Cəlil Cavanşir, Əlixan Rəcəbov, Cavidan Novruz, Zülfiyyə Qurbanova, Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Rasim Cəfər, Hüsniyyə Mürvətova və Oktay Mehdiyev kimi aktyorlar da yer alıblar. 

BAKU.WS
VİDEO