"Rəqqasə Renka" ləqəbi ilə tanınan Rəna Ağamuradovanın yeni klipini təqdim edib.

BAKU.WS məlumat verir ki, sia-ya bu haqda klipin rejissoru Nail Naiboğlu məlumat verib:
 
"Çox çətinliklərdən sonra nəhayət ekran işini hazırladıq. 18+ klip fikrimizcə baxımlı olacaq və bu ekran işini xarici ölkələrdə də təqdim etməyə dəyər. Biz belə bir klip çəkərək ilk etdik".  
 
Qeyd edək ki, ekran işində Şərqlə Qərbin qarışığı olan kadrlar əks olunub. 1 ton sudan istifadə olunan klip kinokamera ilə çəkilib. Rəqqasə 18 saat yağışın altında qalmalı olub.
 
BAKU.WS