SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il Türkiyədə televiziya və musiqi dünyasının ən yaxşılarının seçildiyi 47-ci "Altın Kelebek" mükafatlarının təqdim etmə mərasimi keçirilib. Möhtəşəm tədbirdə azərbaycanlı müğənni Nahidə Babaşlı "Azərbaycanın gənc ulduzu" nominasiyasında qalib olaraq "Altın Kelebek" mükafatına layiq görülüb.

BAKU.WS xəbər verir ki, ötən gün Türkiyədəki “Zorlu PSM”də baş tutan möhtəşəm, rəngarəng görüntülərlə yadda qalan gecənin əsas aparıcıları Cem Davran və Çağla Şikel olublar. Reytinqli layihələrdən olan “Camdakı kız” ”Ən yaxşı serial” nominasiyasında qalib olub. Mükafatın təqdim edilməsi zamanı ekran işinin aktyor və rejissor heyəti səhnəyə dəvət olunub.

Gecənin ən çox danışılan və müzakirələrə səbəb olan məşhuru “Sadakatsiz” serialının aktrisası Melis Sezen olub. “Pantenlə ulduzu parıldayanlar” nominasiyasında qalib olan Melis geyimi və çıxışı ilə sözün əsl mənasında rezonans doğurub. Dərin sinə dekoltesi ilə diqqət çəkən Sezen "Altın Kelebey"i alarkən davranışları və danışığı ilə hər kəsin təəccübünə səbəb olub. Aktrisanın libasını tamamlamaq üçün taxdığı "Tiffany-Co" markasına məxsus boyunbağısının qiyməti 30 milyon dollar olub.

“Bunu tuturam, çünki hazırda əlimdədir. Çox həyəcanlıyam. Belə olmağıma baxmayın. Artıq səhnədən enməliyəm”, - deyən Sezenin bu qeyri-adi çıxışı sosial şəbəkələrdə və mətbuatda geniş müzakirə mövzusu olub.

Artıq bir neçə ildir Türkiyədə yayımlanan və dəfələrlə izlənmə rekordu qıran “Masumlar apartmanı” serialının aktrisaları Ezgi MolaMerve Dizdar “Ən yaxşı aktrisa” nominasiyasında mükafata layiq görülüblər.

“Ən yaxşı aktyor” kateqoriyasında isə türkiyəli sənətçi Çağlar Ertuğrul "Altın Kelebek" alıb.

47-ci "Altın Kelebey"in ən zövqsüz libasını aktrisa Ahsen Eroğlu geyinib. Ahsen geyiminə görə böyük qınaq obyektinə çevrilib.

Türkiyəli aparıcı Müge Anlı gecədə iki "Altın Kelebek" alıb. O, "Ən yaxşı qadın aparıcı" və "İlin ən yaxşı proqramı" nominasiyalarında qalib olub.

Son zamanlar şəxsi həyatı ilə gündəmə gələn müğənni Hadisə də mükafatlandırma mərasiminə sevgilisi iş adamı Mehmet Dinçerlerle qatılıb. “Ən yaxşı qadın ifaçı” nominasiyasında qalib olan sənətçi "Altın Kelebey"i almaq üçün səhnəyə çıxıb. Hadisə mükafatından çox sevgilisi haqqında səsləndirdiyi xoş sözlərlə yadda qalıb.

“Bu gecə ən çox sevdiklərim yanımdadır. Sevgilim Mehmet bütün gecə əlimi tutdu. Təşəkkür edirəm”, - deyərək Hadisə bildirib. Bu sözlərdən sonra səhnədən enən ifaçıya sevgilisi Dinçerler kömək edib.

Səs-küylü mükafatlandırma mərasimi "Altın Kelebek"də zövqsüz geyinən məşhurlar olsa da, dəb yarışına çıxanlar da az olmadı. Onlar bir-birindən bahalı və bər-bəzəkli libasları ilə gecədə göz qamaşdırdılar.

 

 

BAKU.WS
VİDEO