SİZİN REKLAM BURADA!
055 213 76 73


Uzun müddətdir reanimasiyada olan müğənni və bəstəkar Pərviz Mahmudov evə buraxılıb. 

BAKU.WS xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. O, evində övladları ilə foto çəkdirərək şəxsi instaqram hesabında izləyiciləri ilə bölüşüb.

Pərviz görüntülərə "Allaha çox şükür. Mənə göstərilən bütün diqqət və qayğıya görə hamıya minnətdarlığımı bildirirəm" sözlərini də əlavə edib.

Qeyd edək ki, sənətçi noyabrın 10-da beyninə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçinin həyat yoldaşı Aişə saytımıza açıqlamasında ifaçının səhhətinin qəfildən pisləşdiyini və dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirmişdi. 

 

BAKU.WS