SİZİN REKLAM BURADA!
055 213 76 73


“Aktrisa Nərgiz Əliyevanın yaydığı görüntülər polis tərəfindən araşdırılıb və müvafiq tədbir görülüb”.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, həmin şəxs müəyyən edilərək saxlanılıb.

Məlum olub ki, həmin şəxs, 1971-ci il təvəllüdlü Sedov Vadim Vyaçeslavoviçdir. O, əvvəllər oğurluğa görə məhkum olunub. V.Sedov polisə izahatında bildirib ki, 15 gün əvvəl, noyabrın 15-də həbsdən azadlığa buraxılıb və maşınlara yaxınlaşaraq sürücülərdən ona bir manat pul vermələrini xahiş edib.

İzahat verən şəxs bildirib ki, N.Əliyevanın idarə etdiyi avtomobilə yaxınlaşanda məqsədi ona qarşı hansısa xuliqanlıq hərəkəti etmək olmayıb, o, yalnız pul istəyirmiş.

Həmin şəxsin əməlləri xırda xuliqanlıq kimi dəyərləndirilib və barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Son qərarı məhkəmə verəcək.

BAKU.WS
VİDEO