SİZİN REKLAM BURADA!
055 213 76 73


Avroviziya təmsilçilərimizdən olan Safura Əliyeva sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında həyat yoldaşı Fərhad Əliyevlə yeni fotosunu yayımlayıb.

Cütlüyün görüntüsü istirahət mərkəzlərindən birində restoranda olarkən lentə alınıb. İfaçı əri ilə olan şəkilinə "Sevgi" qısa şərhini də əlavə edib. Safuranın izləyiciləri ilə bölüşdüyü bu fotosu bəyənilərək maraq və rəğbətlə qarşılanıb.

Xatırladaq ki, Safura Əliyeva keçmiş Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün İsgəndər, Aişə və Natiq adlı üç övladı var. Onlar uzun illərdir ki, Türkiyədə yaşayırlar.

 

BAKU.WS