SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərbaycandan qayıdan kimi yenidən iş başındayam. Müğənnilikdən əvvəl evimin xanımı və qulluqçusuyam. Ev işlərini, yemək bişirməyi, doğmalarıma qulluq etməyi çox sevirəm”.

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında yazıb.

Həmkarı Sevda Yahyayevanın toyuna gələn ifaçı yenidən Moskvaya evinə qayıdıb. Vaxtının çox hissəsini evdə keçirən Rəqsanə həyətində təmizlik işləri görərkən lentə alınan görüntülərini yayımlayaraq bunları da əlavə edib:

“Bakıdan gələn kimi işləyirəm. Dincəlmək yoxdur. Bu arada daim necə formada qalmağımı soruşursunuz. Bu yaxınlarda necə formada qalmağımı açıqlayacam”.

Qeyd edək ki, müğəni illər əvvəl Rusiyaya köçüb və hazırda da orada yaşayır.

BAKU.WS
VİDEO