SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Brilliant Dadaşovanın toy görüntüləri yayımlanıb.

BAKU.WS xəbər verir ki, sənətçinin 33 il əvvəlki toy mərasiminin videosu “7 canlı” proqramında nümayiş olunub.

Xalq artistinin şad günü 1988-ci ildə baş tutub. Toyda ifaçının və həyat yoldaşı Ədalət Hacıyevin yaxın qohumları və ailə üzvləri, unudulmaz sənətkar Şövkət Ələkbərova, Xalq artisti, mərhum aktyor Rafael Dadaşov və başqa tanınmışlar yer alıblar.

Qeyd edək ki, sənətçinin həyat yoldaşı Ədalət Hacıyev Rus Dram Teatrının direktorudur. Onların bu evlilikdən Cahad adlı bir övladı var.

 

BAKU.WS
VİDEO