SİZİN REKLAM BURADA!
055 213 76 73


Son zamanlar Türkiyə mətbuatında tanınmış cütlük Fahriye Evcenle Burak Özçivitin boşanması ilə bağlı xəbərlər yayılıb. Buna səbəb isə Fahriyenin uzun müddətdən sonra yenidən çəkiliş meydanına qayıtmasıdır.

BAKU.WS xəbər verir ki, ötən gün tədbirlərdən birində görüntülənən aktrisa jurnalistlərin suallarını cavablandırıb. Fahriye evliliyi haqqında yayılan iddiaların əsassız olduğunu bildirib:

“Haqımızda yayılan xəbərlər doğru deyil. Sadəcə cansıxıcıdır. Belə bir şey yoxdur”.

Qeyd edək ki, Burakla Fahriye 2017-ci ildə ailə həyatı qurublar. Cütlüyün Karan adlı azyaşlı oğlu var. Aktrisa sonuncu dəfə övladına 15 dayə tutması xəbərləri ilə mətbuatın gündəmini zəbt etmişdi.

BAKU.WS
VİDEO