SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin 70 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

BAKU.WS xəbər verir ki, Elgiz Əkbər aparıcısı olduğu proqramda Xalq artistinin yubileyinə incəsənət adamlarından sadəcə 2-3 nəfərin gəldiyini bildirib:

"Tədbir yüksək səviyyədə keçirildi. Mədəniyyət Nazirliyi təşkil etmişdi. Mədəniyyət naziri Anar Kərimov da iştirak etdi. Yaşar Nurinin yubiley gecəsi idi. Onun yaradıcılığı, rolları nümayiş etdirilirdi. Amma mənim diqqətimi bir şey çəkdi - zalda adam çox olsa da, artistlərdən, demək olar ki, adam yox idi. Orada 2-3 aktyor var idi. Çox üzüldüm".

BAKU.WS
VİDEO