SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Mehriban Xanlarova sosial şəbəkə hesabında status yazaraq TƏBİB-ə müraciət edib.

BAKU.WS xəbər verir ki, Xanlarova nəvəsinin səhhətində yaranan problemlərə görə iki gündür xəstəxanada qaldığını, lakin orada şəraitin acınacaqlı vəziyyətdə olduğunu deyib. Aktrisa virusun artmasına baxmayaraq, tibb ocağında bir sıra gigyenik qaydalara riayət edilməməsindən şikayətlənib: 

"İki gündür nəvəmin səhhəti ilə bağlı, müliacə alması üçün Ə.Qarayev adına 2 nömrəli uşaq xəstəxanasında qalıram. Çox təəssüf ki, xəstəxananın istilik şəraiti və sanitariya qaydaları yoxdur!

Mən burdan üzümü tutub, TƏBİB-in səlahiyyətli şəxslərinə demək istəyirəm ki, siz isti kabinetinizdə rahat şəkildə oturmusuz, amma biz valideynlər isə körplərimiz ilə birlikdə, Ə.Qarayev adına 2 nömrəli uşaq xəstəxanasında soyuqdan tir-tir əsirik! Bilmirik uşağın qayğısına qalaq, yoxsa soyuğun dərdini çəkək.

Harda görülüb ki, xəstəxananın yemək hazırlayanı həm sanitariya işlərinə baxsın, həm də gəlib xəstə körpələrə yemək paylasın? Virusun yayıldığı bu vaxtda, nə dərəcədə düzgündür?!

21-ci əsrdə yaşayırıq, xəstəxanya gedərkən özümüzlə birlikdə qızdırıcı aparmalıyıq? Palatada qızdırıcıdan yanğın hadisəsi baş versə, 3-cü mərtəbədən özümüzü necə xilas edəcəyik?!"

Baş həkim başda olmaqla, bütün həkimlərdən razıyam. Amma bu soyuğa körpələr dözmür. Buz kimi su ilə, uşaqlar necə təmizlənsinlər?

Tək özüm üçün demirəm! Bu xəstəxanada çox sayda müalicə alan, imkansız ailələrin övladları var. Onların qayğısına qalmaq lazımdır!

BAKU.WS