SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Fərqanə Qasımova maraqlı açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, “Onun Sirri” proqramına qonaq olan sənətçi atası Alim Qasımovun onu otelin önündə şillələdiyini etiraf edib:

“Atamla çox səfərlərdə olduğumuz üçün aramızda kodlaşdırdığımız sözlər olurdu. Səfərlərimizin birində getdiyimiz şəhərdə böyük bir park vardı. Yürüşə çıxdıq. Tez-tez yeriyirdim. Atam dedi ki, bax, bu ağacın altında bir-birimizi gözləyək. Get nə qədər gəzirsən gəz, amma burada görüşək. Mən də ətrafı gəzdim, atamı axtardım, tapa bilmədim. Verdiyimiz vədi də unutdum.

20 yaşım vardı, qorxdum, həyəcan keçirdim. Fikirləşdim ki, atam məni unudub gedib. Artıq hava qaralırdı. Hotelə qayıtdım. Sən demə, atam gəlib, saatlarla məni axtarıb. Hotelin qarşısında əsə-əsə atamı gözləyirdim. Gələn kimi mənə 1-2 şillə vurdu. Dedi ki, "sən bilirsən, mənə nə qədər stres yaşatdın? Həyatımı məhv etdin". Ondan sonra atam 2-3 gün mənimlə danışmadı”.

Daha sonra Xalq artisti Alim Qasımov qızının dediklərini təsdiq edib.

BAKU.WS
VİDEO