SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Sevda Yahyayevanın toyu böyük marağa səbəb olub.

BAKU.WS xəbər verir ki, bir müddət əvvəl həkim Zakir Bayramovla nikah masasına əyləşən sənətçi özəl günündə iki gəlinlik geyinib. Onun saç və makiyajı üzərində məşhur stilist Elnur Həsənov çalışıb. Sevdanın hər iki gəlinliyi Türkiyədə hazırlanıb. Toyda marağa səbəb olan məqamlardan biri Sevdanın həyat yoldaşı Zakirin oynayarkən onun qarşısında diz çökməsi olub.

İfaçını bu şad günündə həmkarları tək qoymayıb. Sevdanın toyunda çal-çağır edən şou əhli rəngarəng görüntülər yaradıb.

Toyda Xalq artistləri, əməkdar artistlər, tanınmış aparıcılar, aktrisalar əsl şou göstəriblər.

Kimisi video, kimisi şəkil çəkdirərək, kimisi də mediaya müsahibə verərək cütlüyü toyu münasibətilə təbrik edib.

Toyda iştirak edə bilməyən müğənni Nadir Qafarzadə və aparıcı Tarix Əliyev isə ifaçını sosial şəbəkə hesablarından təbrik edərək ona xoşbəxtlik arzu ediblər.

Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Avroviziya təmsilçilərimiz olan Dilarə Kazımova, Nigar Camal, Səmra Rəhimli, Samira Əfəndi, Eldar Qasımov kimi tanınmışlar isə toyda iştirak etməyiblər.

Gecənin ən yaddaqalan məqamlarından biri şou-əhlinin geyindiyi libaslar olub. Bahalı və qlamur tərzləri ilə gecədə ulduz kimi bəlx vuran sənətçilər arasında Xalq artistləri Röya Ayxanla Tünzalə Ağayeva daha çox diqqət çəkiblər. Röyanın dərin yarıqlı açıq-saçıq libası, Tünzalə Ağayevanın isə qızılı rəngli geyimi olduqca müzakirələrə səbəb olub.

 

BAKU.WS