SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Afaq Gəncəli səmimi açıqlamaları ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, Xalq artisti Sənubər İsgəndərlinin "Sənətdən kənar" proqramına qatılan aparıcı gözəllik və baxım sirlərindən danışıb. Afaq makiyaj və saç baxımı etməyə tənbəllik etdiyini etiraf edib:

"Bəzənməkdən çox yoruluram. Mən heç vaxt özümü makiyaj etmirəm. Həmişə deyirəm ki, gedim məni makiyaj etsinlər. Hərdən deyirlər, saçına boyanı özün qoy, amma edə bilmirəm. Heç vaxt üzümə, saçıma maska qoymaram. Özümə qarşı çox tənbələm".

Gəncəli indiyə qədər haqqında eşitdiyi ən qeyri-adi şayiədən də danışıb:

"Deyirlər ki, guya mənim Dubayda və Moskvada bir, Türkiyədə isə üç evim var. Bakıda mağazalarım, 3-4 maşınım var, hansısa şirkətin vitse-prezidentiyəm. Dedim, yalandırsa, gerçək olsun. Belə şeyləri sevirəm".

BAKU.WS
VİDEO