SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkələrdə Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadə ilə bağlı maraqlı məlumat yayılıb.

BAKU.WS xəbər verir ki, rəssam xəstə olarkən onun Rusiyanın paytaxtı Moskvada müxtəlif əsərlərindən ibarət fərdi sərgisi açılır. Xəstə yatağında yatan Bəhlulzadə o sərgiyə getmək üçün təkid etsə də həkim onunla razılaşmır və sərgiyə buraxmır. Bundan sonra Səttar Bəhlulzadə deyir:

“Mənim toyum olmayıb, həkimlər icazə vermir ki, gedim öz toyumda - sərgimdə iştirak edim”.

Səttar Bəhlulzadə ilə bağlı bu maraqlı faktı Əməkdar artist Xumar Qədimova da paylaşıb. İfaçı rəssamın fotosunu da yayımlayaraq onu hörmətlə andığını bildirib.

 

BAKU.WS