SİZİN REKLAM BURADA!
055 213 76 73


2 ay əvvəl qardaşını ağır avtomobil qəzasında itirən aparıcı Vüsalə Əlizadə ötən gün verilişinin yeni mövsümündə efirə çıxıb.

BAKU.WS xəbər verir ki, aparıcı uzun müddətdən sonra həmkarlarının və şou-biznes nümayəndələrinin dəstəyi ilə ilk verilişini təqdim edib. Vüsalənin qardaşının vəfatından qısa müddət sonra efirə çıxması birmənalı qarşılanmayaraq tənqid edilib. Aparıcı öz efirində onu qınayanlara cavab verib:

"Mənim geridə nələr qoyub gəldiyimi bunu yaşayan insandan başqa heç kim bilməz. Mən heç vaxt kimisə qınamamışam. Siz də heç bir halda heç kimi qınamayın. Çünki sabahına "İnşallah" deməyə belə bilməzsən ki, o sənə nəsib olacaq, ya yox. Bu günə qədər məni dəstəkləyən tamaşaçılarıma isə təşəkkür edirəm".

Xatırladaq ki, aparıcının qardaşı Əlihüseyn 2 ay əvvəl avtomobil qəzasında ölüb.

BAKU.WS