SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər ki, sənətçi bir müddət əvvəl qardaşı vəfat edən aparıcı Vüsalə Əlizadə ilə bağlı status yayımlayıb.

Ayan Babakişiyeva Vüsalənin qardaşının məzarında çəkdirdiyi fotonu paylaşaraq on bu sözlərlə təsəlli edib:

"Sənin halsız və yorğun üzünü bu gün gördüm. Gözünün yaşı dayanmadan necə axırdı. Elə bil baxışlarınla dünyanın sonunu izləyirdin. Sanki aldığın hər nəfəs sənə dar gəlirdi.

İçimi parçaladın, eləmə belə canım Vüsalə. Üzün ağ olsun, bütün ailən, qohumların üçün əlindən gələni etmisən. Övladın var. Güclü olmaq məcburiyyətindəsən. Səni sevən bu qədər insan üçün, ailən, dostların üçün işinin başına dönməlisən. Düşünürəm, qardaşımızın da ruhu şad olar".

Son zamanlar bir çox məşhurlar Vüsalə Əlizadənin mərhum qardaşı ilə bağlı paylaşımlar edərək ona dəstək olurlar və aparıcını yenidən efirlərə qayıtmağa səsləyirlər. 

Xatırladaq ki, Vüsalənin qardaşı Əlihüseyn Əlizadə ötən ay ağır avtomobil qəzasında vəfat edərək dünyasını dəyişib. Mərhum evli idi. Onun bir oğul övladı var.

 

BAKU.WS