SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovla görüşüb.

BAKU.WS xəbər verir ki, bu haqda bloger sosial şəbəkə hesabında məlumat verib.

R.Kadırovun iqamətgahında qonaq olan Hüseyn onunla fotolar çəkdirib.

Bloger dövlət başçısı ilə lentə alınan əyləncəli anlarını 18.5 milyon izləyici olan şəxsi instaqram hesabında yayımlayıb.

Həsənovun bu paylaşımı izləyiciləri tərəfindən maraqla qarşılanıb. Onun Ramzan Kadırovla olan şəkillərinə qısa müddətdə yüz minlərlə bəyənmə gəlib.

BAKU.WS
QALEREYA