SİZİN REKLAM BURADA!
055 213 76 73


Hər zaman bahalı və dəbdəbəli həyat tərzi ilə gündəmə gələn Bülent Ersoyun başına iş gəlib.

BAKU.WS xəbər verir ki, sənətçinin Şimali Kipr konsertində onunla birgə çıxış edəcək 21 musiqiçisinin PCR testi saxta çıxıb. Ondan sonra həmin işçilər 1 ay müddətinə oteldə saxlanılıb. Daha sonra isə həbs edilib.

“Ədalət hər kəs üçündür. Hər kəs ədalət qarşısında bərabərdir. Kiprə gedən 21 işçimə verilən saxta PCR testinin nəticələri hazırlayan həkimlərin və o sənədləri təsdiq edənlərin günahı yoxdur? Onlar azadlıqdadırlar. Lakin çörək pulu qazanan dostlarım, övladlarım həbs olunub.

Bu işə Türkiyənin ən peşəkar hüquqşünaslarını cəlb etmişəm. Bütün günahkarların hakim qarşısına çıxıb cavab verməsi üçün əlimdən gələni edəcəm. Lazım gələrsə, bunun üçün bütün sərvətimi xərcləyəcəm".

BAKU.WS