SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova həmkarı Dilarə Kazımovanın çimərlik geyimindəki fotosessiyasına münasibət bildirib.
 
BAKU.WS Axşam.az-a istinadən məlumat verir ki, S.Dadaşova sosial şəbəkədə paylaşılan fotonun aşağısına təhqirlər yazıb.

O, Azərbaycan xanımına açıq-saçıq geyim yaraşdırmadığını vurğulayıb:

"Sənətçidir, gedib çimərlikdə yox, lüt fotosessiya etdirsin. Bəsdirin, sənət adamı işiylə, səsiylə fərqlənsin. Hamı bunu edə bilər. Görmüşük ki, sənət adamı örnək olar: geyimi, səsi, özünü aparmağı ilə... Bu ən sadə yola əl atıb. Nə qədər peşəkar stilistlərimiz var. Geyinməyi bacarmırsa, onlara müraciət eləsin. Daha da zövqlü görünər.
 
Bizimkilər Beyonsa, Şakiraya, ona-buna baxıb ibrət götürür, onları təkrarlayır. Özünüz olun, ideyalarınız olsun. 

Bu biabrçılığı heç səhifələrə qoymamalısınız. Səslə fərqlənmək lazımdır, lütlənməklə yox. Get-gedə biabırçılıq artır. "Eurovision"da lüt olmaq lazımdır? Olmaz ki, bədənə uyğun modern libaslar geyinilsin? Bu valideynlər hara baxır? Allah, uçuruma gedirik”.
 
BAKU.WS