SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Bakı Olimpiya stadionunda Azərbaycan-Portuqaliya matçı keçirilib. Yarış futbol üzrə dünya çempionatının seçmə turniri çərçivəsində reallaşıb.

BAKU.WS xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

Yarışı stadiondan canlı izləyən Aynişan 1 milyon izləyicisi olan şəxsi instaqram hesabında yeni görüntülərini və fotolarını yayımlayıb.

Bloger görüntülərinə “Siz bizim üçün həmişə qalibsiniz” qısa şərhini də əlavə edib. Aynişanın fotolarında digər azərbaycanlı blogerlər də yer alıb.

Qeyd edək ki, ötən gün keçirilən Azərbaycan-Portuqaliya qarşılaşmasında millimiz 0:3 hesabı ilə Portuqaliyaya məğlub olub.

BAKU.WS
VİDEO

QALEREYA