Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova ilə sevgilisinin yeni fotoları yayılıb. 
 
BAKU.WS məlumat verir ki, fotonu müğənninin sevgilisi Cem Ozan Torunlar şəxsi Instagram hesabında paylaşıb. Fotoda Günel sevgilisi və atası Rəhman Zeynalov yer alıb. 
 
Qeyd edək ki, Günel Zeynalova Ozan Torunlarla bir müddətdir birlikdədir. Cütlük birlikdə yeni biznesə də başlayıb. Belə ki, onlar birlikdə "Zozo pizza" adlı piza evi açıblar. 
 
BAKU.WS