SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, uzun müddətdir Florida ştatının Mayami şəhərinə istirahətə yollanan sənətçi tez-tez çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşür.

Bəzi istifadəçilər Əsədovanın bu şəkillərini bəyənsə də, böyük əksəriyyət onun fotolarını tənqid edib. Sənətçi bununla bağlı “Instagram” hesabında status yazaraq onu tənqid edənlərə irad bildirib:

“Həyata, gördüklərinə hansı baxışla, düşüncə ilə baxacaqsan, onu da görəcəksən. Çünki sənin qəlbin o hisslərə köklənib. Allah hər bir insanın qəlbinə görə mükafatını versin”.

BAKU.WS
QALEREYA