SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin may ayı üzrə analiz işini yekunlaşdırıb. 

Mərkəzdən musavat.com-a daxil olan məlumata görə, 2016-cı ilin may ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 11831 xəbər yerləşdirilib. Bunlardan 116 xəbər mənfi, 82 xəbər müsbət və 11633 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Teymur Əmrah (48 xəbər - Flora Kərimovanın müğənni haqqında fikirləri), Vasif Məhərrəmli (39 xəbər – izləyicisini təhqir etməsi).  Müsbət xəbərlər arasında liderlər: Natəvan Həbibi (55 xəbər -  Dağıstanın əməkdar artisti adina layiq görülməsi), Rəqqasə Fatimə (18 xəbər -  Amerikadan mükafatla qayıtması).

Xəbər sayına görə sıralama:

1. İlhamə Quliyeva 920 xəbər
2. Röya Ayxan 794 xəbər
3. Əli Mirəliyev 513 xəbər
4. Aygün Kazımova 428 xəbər
5. Natəvan Həbibi 313 xəbər
6. Firuzə İbadova 306 xəbər
7. Elza Seyidcahan 299 xəbər
8. Nadir Qafarzadə 241 xəbər
9. Tünzalə Ağayeva 226 xəbər
10. Nigar Camal 223 xəbər 
 
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 450 xəbər dərc edilib. Bu xəbərlərdən 445-i neytral, 5-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (4 xəbər – Flora Kərimovanın müğənni haqqında fikirləri) və Kamran Həsənliyə (1 xəbər - dələduzluqda ittiham oluması) məxsusdur. May ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1. İlhamə Quliyeva 38 xəbər
2. Əli Mirəliyev 27 xəbər
3. Röya Ayxan 23 xəbər
4. Aygün Kazımova 19 xəbər
5. Flora Kərimova 18 xəbər
6. Firuzə İbadova 17 xəbər
7. Tünzalə Ağayeva 14 xəbər
8. Elza Seyidcahan 12 xəbər
9. Alim Qasımov 12 xəbər
10. Nigar Camal 11 xəbər


May ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 234 xəbər göstərilib. 

Xəbər sayına görə sıralama: 

1. Tünzalə Ağayeva 17 xəbər
2. Vasif Məhərrəmli 9 xəbər
3. Faiq Ağayev 9 xəbər
4. Lalə Məmmədova 9 xəbər
5. Elza Seyidcahan 8 xəbər
6. Manaf Ağayev 8 xəbər
7. Səməd Səmədov 7 xəbər
8. İzzət Bağırov 7 xəbər
9. Nadir Qafarzadə 6 xəbər
10. Məleykə Əsədova 6 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. 
 
BAKU.WS