"Eurovision-2016" müsabiqəsində ölkəmizi təmsil edən Səmra Rəhimli onu geyiminə görə tənqid edənlərə cavab verib. 
 
BAKU.WS məlumat verir ki, müğənni sosial şəbəkədə açıq-saçıq fotosunu paylaşaraq onu geyiminə görə tənqid edənlərin ünvanına bunları yazıb:
 
"Siz həqiqətən də düşünürsünüz ki, mənə maraqlıdır sizin nə dediyiniz?" 
 
Qeyd edək ki,  Səmra Rəhimli müsabiqədə iştirakı zamanı geyiminə görə tənqid olunmuşdu. Sosial şəbəkə istifadəçiləri onun müsabiqə çərçivəsində təşkil olunan tədbirlərə geyindiyi libasları birmənalı qarşılamamışdılar. 
 
BAKU.WS