SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Çingiz Əhmədov ailəsi ilə birlikdə "Zaurla Günaydın" verilişinə qatılıb.

BAKU.WS xəbər verir ki, proqramda qonaq olanlar arasında aktyorun xanımı Mehriban Əhmədova, oğlu İbrahim Çingiz və onun aktrisa nişanlısı Aydan Axundova yer alıb.

Veriliş zamanı ailə münasibətlərindən söz açan Əməkdar artistin xanımı Mehriban gəlini Aydana bəzi məsləhətlər də verib:

“Evin kişisi nə dedi, o da olmalıdır, Aydan... Əgər sən ailə qurursansa, ayağını kəndardan içəri atırsansa, sən bu evin xanımısan. Sənin aktrisalığın, hər şeyin qalır kənarda. Mən də ailəmə görə karyeramda çox şeyi itirmişəm. Çox şeyi ailəmə, övladlarıma qurban vermişəm. Hesab etmişəm ki, bu həyatda həmişə birinci ailəmdir. Sən də istəyirsən ailən, övladların olsun, belə etməlisən. İbrahim nə dedi, qəbul etməlisən. Ailəni qorumaq istəyən xanım çox şeyə güzəştə getməlidir”.

BAKU.WS
VİDEO