VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni İzzət Bağırov maraqlı açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, jurnalist Vüqar Kamiloğlunun “Youtube” layihəsinə qonaq olan ifaçı səmimi açıqlamaları ilə diqqət çəkib. O, sənətinin hər şeyini əlindən aldığını etiraf edib:

“Müğənnilik məndən hər şeyimi aldı. Əgər bu sənəti deyil, başqa bir peşəni seçsəydim, rahat həyatımı yaşayardım. Müğənni rahat yaşaya bilmir axı, rahat ola bilmir”.

Sənətçi indiyə qədər heç bir fəxri ad ala bilməməsindən də danışıb:

“Siyahıda adlar çıxdıqca baxıram, pis oluram, küsürəm. Özümə sual verirəm ki, “Axı niyə?” Elə bir tamaşaçı yoxdur ki, bu fikrimlə razılaşmasın. Bu çıxışı ona görə etmirəm ki, mənə fəxri ad versinlər. Sadəcə mənə qarşı olan bu laqeydliyə münasibət bildirirəm”.

BAKU.WS