SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Kubokunun 25 mayda keçiriləcək final görüşündən öncə konsert proqramı təşkil olunacaq. 

BAKU.WS PFL-in rəsmi saytına istinadən məlumat verir ki, tədbir saat 19:00-da başlayacaq. Konsertdə xalq artisti Aygün Kazımova və müğənni Rauf iştirak edəcək. 

Azərbaycan Kubokunun "Qarabağ” və "Neftçi”nin iştirakı ilə keçiriləcək final oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 

Qeyd edək ki, ötən il Azərbaycan Kubokunun finalında əməkdar artist Röya Ayxan səhnəyə çıxmışdı.
 
BAKU.WS