SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bizim sahədə bir az imkanı olan kimi ya gedib ikinci arvad alırlar, ya maşın. Mən də maşın həvəskarıyam. Arvad almıram, maşın alıram".

BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Hüseynova bacıları" proqramında deyib. Müğənni həmkarı Firuzə İbadova ilə arasını vurmaq istəyənlərə səslənib:

"Ara qızışdıranlar deyir ki, "Cavanşir niyə sənə kömək etmir?" Ömür boyu ona kömək edəcəm. Yanındayamsa, bu elə köməkdir. Bu sözü deyənlər bir dəfə bazarlıq edib onun qapısını döyməyiblər. Biz söz-söhbətə gedən adamlar deyilik, nəsə olanda yüz ölçüb, bir biçirik.

Bizim sahədə gərək tərbiyəsiz olasan. Tərbiyəli olanda səni bəyənmirlər. Firuzə xanım toya gedir, 400-500 manat alır. Başqası gəlir fonoqramla oxuyur və 7 min alıb gedir. Nə xanımlığı, nə mədəniyyəti, nə gözəlliyi, nə oxumağı var. İncəsənətə mədəniyyətsiz adamlar gəlir".

BAKU.WS