Tanınmış komediya ustası Cem Yılmazla aktyor Ozan Güven əl-ələ görüntülənib. 
 
BAKU.WS məlumat verir ki, bir müddətdir iki məşhurun sevgili olduğu bildirilir. Cem Yılmaz mətbuatda haqlarında gedən eşq şayiələrini baykot etmək üçün belə etdiklərini bildirib:
 
"Bundan sonra belə etmək qərarına gəlmişik. Madam ki, mətbuata çıxırıq reallığı əks etdirən bir şey olsun" -, deyə komediya ustası bildirib. 
 
Jurnalistlərin çəkdiyini görən aktyor Ozan Güven maşına doğru hərəkət edərək Cem Yılmaza "Sevgilim mən maşına gedirəm" deyib. Cem Yılmaz isə cavabında "Oldu sevgilim"-,deyə cavab verib. 
 
Jurnalistlərin "Bu yaya istirahəti harada edəcəksiniz?" sualına Ozan Güven "Cemi bu il bikinidə görə bilməyəcəksiniz" deyərək zarafat edib. 
 
BAKU.WS
 

 





TƏCİLİ KREDİT SİFARİŞLƏRİ