Xalq artisti Aygün Kazımova ilə müğənni Miri Yusif duet oxuyub.

BAKU.WS məlumat verir ki, M.Yusif  qalmaqallı "Bağışla" mahnısını A.Kazımova ilə birlikdə yeni aranjimanda ifa edib. Bəstənin sözləri və musiqisi M.Yusifə məxsusdur. 

Qeyd edək ki, "Bağışla" mahnısını bir müddət əvvəl türkiyəli müğənni Funda Arar oxumuş və müəllif kimi MC Muradı göstərmişdi. M.Yusif onu məhkəməyə verərək, mahnının özünə aid olduğunu sübut etmişdi.
 
BAKU.WS